“Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq” - Şahin Diniyev

“Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq” -   Şahin Diniyev
19:47 16 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

“Birinci hissədə oyunumuz yaxşı alınmadı. Fasilədə futbolçulara lazımi tapşırıqları verdik. Rəqib artıq səhv etməyə məcbur idi. Yekunda lazım olan qolu vurduq. İkinci hissədə xeyli qol şansımız olsa da, onları boşa verdik. AZAL bu gün çox yaxşı mübarizə apardı. İnana bilmirəm ki, bu komandanın cəmi 2 xalı var. AZAL-ın müdafiəsini yarmaq çox çətin idi”. Bu sözləri AZAL-la oyundan (1:0) sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.


Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də danışıb: “Oyundan qabaq 3 itkimiz var idi. Şəhriyar Əliyev zədəlidir. Vüqar Bəybalayevin əlində çat var, gipsdədir. Nicat Qurbanov da xəsarət alıb. Dario Federiko yenə zədədləndi. Yəqin ki, 2 həftə meydana çıxa bilməyəcək”.


Şahin Diniyev süni meydançalar barədə sualı belə cavablandırıb: “Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq. Bu gün elə imkan yoxdur ki, süni meydanlardan imtina edək. Amma razıyam ki, belə qazonda oynamaq çətindir. Uşaqların bu cür meydançada hazırlıq keçməsi cinayətdir. Ötən il bu stadionda 3 oyunçumuz zədələnmişdi. Bu il yenə Dario sıradan çıxdı. Futbol naminə bu meydançaları ləğv etmək lazımdır. Bizim meydançamız da ideal deyil. Roman Qriqorçukun süni meydandan şikayət etməsini anlayıram”.


Şahin Diniyev ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: “Birinci hissədə meydanda çox zəif oyun gedirdi. Lakin ikinci hissədə daha baxımlı qarşılaşma alındı. Komandam fasilədən sonra gözəl oynadı. Komandalardan heç biri uduzmaq istəmirdi”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ayamz-yoranmza-gor-uzatmaqlyq-t53386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR