Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gözəllik Mahmudçala gölündədir

Bu gözəllik Mahmudçala gölündədir

Date: 16 October 2016 19:48

Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün faunasını zənginləşdirən flaminqolar vaxtından əvvəl gölə miqrasiya ediblər.

Publika.az xəbər verir ki, flaminqolar Ələt-Astara magistral yolunun kənarında yerləşən gölün mənzərəsinə əlavə rəng qatıb. Yoldan keçənlər bu mənzərəni görüb ayaq saxlayır, təbiət gözəlliyini seyr edirlər.

Qeyd edək ki, ölkəmizdə qızılqaz kimi tanınan flaminqolar “Qırmızı kitab”a düşüb. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıblar.




Tags:  gözəllik Mahmudçala gölündədir

RƏYLƏR


Top news