Fəxrəddin Manafov: "Bəxtim gətirdi…"

Fəxrəddin Manafov: "Bəxtim gətirdi…"
19:52 16 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"V Element"in qonaqları Mehriban Zəki və Fəxrəddin Manafov olacaq - FOTO (05 Aprel 2017 11:47)
Millimizin futbolçuları Fəxrəddin Manafovla (08 Mart 2017 16:27)

Bu gün Azərbaycan Dövlət Rus Dram teatrında "Kazanova" tamaşası nümayiş olunub.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Teatra Addımla" layihəsinin növbəti ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Kazanova rolunu ifa edən Fəxrəddin Manafov tamaşadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Tamaşanın anşlaqla bitməsi onu göstərdi ki, insanlar sizin üçün darıxıb. Uzun müddətdir ki, efirlərdə görünmürsünüz.

- Televiziya verilişlərinə tez-tez çıxmağa imkan olmur. Çünki işlərimiz çoxdur və nə yaxşı ki çoxdur. Proqramlarda tez-tez görünməməyimin digər bir səbəbini isə bir növ kaprizlə izah etmək olar. Təəsüflər olsun ki, məni maraqlandıran hansısa məqamlar və ya səbəblər olmur.

- Tamaşada sevgi dərsini öyrədən müəllim rolunu ifa etdiniz. Maraqlıdır ki, o dərsləri həyatda da tətbiq edirsiniz? Və sevgini qorumağın hanısa üsulu var? Yoxsa, o da hər şey kimi nə vaxtsa tükənir və bitməyə məhkumdur...

- Əgər sevgi birtərəflidirsə, onu qorumaq mümkün deyil! Əgər sevgi qarşılıqlıdırsa, onda o əbədidir! İnanın mənə...

- Bəs dövrümüzün "Təhminə və Zaur"-u olacaq film var?

- Bu filmin ekranlara çıxmasından artıq 30 il ötüb. Allah Rasim Ocaqova rəhmət eləsin. O, bu günki nəsil üçün də əhəmiyyətini itirməyən böyük sənət əsəri qoyub gedib. Mənim bəxtim onda gətirdi ki, Rasim Ocaqova rast gəldim və Azərbaycan tarixində böyük iz qoyan filmdə çəkilmək şansı qazandım. Amma illər ötdükcə mənə elə gəlir ki, indi filmə başqa tərəfdən baxılır. Təbii ki, məhəbbət öz ritmində qalır və sizin də həyatınızda məhəbbət olub... Məhəbbət o qədər güclü və əsl həqiqətdir ki, siz gözünüzü məndən ona görə çəkə bilmirdiniz. Əslində isə siz məndən yox, təsəvvürünüzə gətirdiyiniz o gəncdən təsirlənirdiniz. O ki qaldı mənə artıq 62 yaşına qədəm qoymuş insanam. O filmdən illər ötüb.

Mən illər əvvəl gənc olanda "Romeo və Culyetta" və yaxud "Leyli və Məcnun"-a baxanda fikirləşirdim ki, bir gün elə bir dövr gələcək ki, ondan da güclü film çəkəcəklər. Ümumiyyətlə, məhəbbət haqqında çəkilən filmlər özü-özlüyündə çox güclü olur. Niyə? Çünki məhəbbət həqiqətdir və ondan böyük duyğular mövcud deyil. İnsan durduqca, insan yaşadıqca və həyat var olduqca məhəbbət də olacaq. "Təhminə və Zaur" filmi çox ürəklərə yol tapıb, zövqlərə xitab edib, o zamanı əhatə edib. İnanın ki, zamanla yeni-yeni filmlər çəkiləcək və orda oynayan hansısa maraqlı azərbaycanlı gənc aktyora 30 ildən sonra da jurnalistlər bu sualı verəcəklər.

- "Əli və Nino" filmi haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu bizim üçün çox böyük uğurdur. Bu gözəl əsər axır ki erkanlaşdırıldı. Bütün bunlara görə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanıma minnətdarlığımızı bildirməliyik. Əsərin ekranlaşdırılmasında və tamaşaçılara çatdırılmasında onun rolu əvəzsizdir.

- Sizcə, film dünya miqyasında tanına və sevilə biləcək?

- "Əli və Nino" artıq ABŞ-ın nüfuzlu beynəlxalq film festivalında nümayiş olunub və digər ölkələrdə də nümayiş olunmaqdadır. Biz balaca ölkə olsaq da, böyük addımlarla inkişaf edirik. Filmin çəkilməsi bizdə kino sahəsinin inkişafı üçün böyük nailiyyətdir. İnşallah gələcəkdə yeni layiləhərə imza atarıq.

- Tamaşaçıların sizə qarşı olan sevgisini görəndə heyrət etməmək mümkün deyil. Sizi sevmək niyə bu qədər asandır?

- Mən dəqiqliyi ilə deyə bilərəm ki, çox səmimi adamam. Səmimilik insanı sevdirən əsas əbəblərdən biridir. Başqa heç nə!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanlı xoreoqraf "Eurovision" təmsilçimiz üçün MÖHTƏŞƏM SƏHNƏ ŞOUSU hazırladı - VİDEO/FOTO

01 May 2017 10:18

Aktrisa doğum günündə o qədər içdi ki, ayaq üstə dayana bilmədi - FOTO

01 May 2017 10:17

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib

01 May 2017 10:17

Təyyarə hava burulğanına düşdü

01 May 2017 10:16

Şəkidə meşədə qətl - Qaynını güllələdi

01 May 2017 10:15

İslam Oyunları vaxtı bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

01 May 2017 10:14

Bu gündən ictimai nəqliyyatdan istifadə PULSUZDUR - FOTO

01 May 2017 10:13

Xoşqədəm məğlub oldu - VİDEO

01 May 2017 10:12

"Malaqa" "Sevilya"ya qarşı

01 May 2017 10:12

Bakıda görünməmiş fırıldaq - Taxta soxurlar ki... - FOTO

01 May 2017 10:12

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

01 May 2017 10:12

Məşhur müğənninin əməliyyatdan əvvəlki halı - FOTO

01 May 2017 10:12

"Sarı zolaq"laq bu gündən yoxsa mayın 5-dən keçərlidir...?

01 May 2017 10:12

Pirallahıda 2 nəfər maşının altında qalıb öldü

01 May 2017 10:09

ŞOK AİLƏ DRAMI – Qardaşlarını və onların həyat yoldaşlarını öldürdü – FOTOLAR

01 May 2017 10:08

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

01 May 2017 10:08

“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır

01 May 2017 10:07

Macarıstan XİN-in mədəniyyət məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

01 May 2017 10:07

Azərbaycanda yüksək vəzifəli şəxsin səhhəti pisləşdi

01 May 2017 10:06

"Bursaspor" "Qalatasaray"ı qəbul edir

01 May 2017 10:05

Bakıda 20 yaşlı motosikletçi faciəvi şəkildə öldü

01 May 2017 10:04

ATV-nin yayımı dayandırıldı - SƏBƏB

01 May 2017 10:03

Xızıda 14 yaşlı yeniyetmə özünü asaraq intihar edib

01 May 2017 10:02

SABAH qruplarının tələbələri Azercell-də təcrübə keçəcək

01 May 2017 10:01

İzzət Kərbəlaya getdi - VİDEO

01 May 2017 09:57

Politoloq: "Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək"

01 May 2017 09:57

May ayının ilk günündə manatın MƏZƏNNƏSİ

01 May 2017 09:57

"Arsenal"-dan növbəti məğlubiyyət

01 May 2017 09:55

Amerika Ermənistanı bombalaya bilər – QİSAS SSENARİSİ

01 May 2017 09:53

Bakıda motosiklet qəza törədib, 1 nəfər ölüb

01 May 2017 09:52

Bakıda avtomobillə vurulan piyada öldü

01 May 2017 09:52

Yeznə qaynını güllələdi - ŞƏKİDƏ

01 May 2017 09:48

Dəniz Çakırdan OLAY yaradan dekolte - FOTOLAR

01 May 2017 09:48

Azərbaycan və Türkiyə qarşılıqlı ticarətdə dollardan imtina edir

01 May 2017 09:47

"Yuventus" xal itirdi, "Roma" uduzdu, "Napoli"dən qələbə

01 May 2017 09:47

Bakıda rus qadını öldürüldü

01 May 2017 09:47

Yeznə qaynını qətlə yetirdi - Şəkidə

01 May 2017 09:44

Ərdoğanın ayaqları altına gül səpildi

01 May 2017 09:44

Rusiyanın təyyarəsi hava burulğanına düşdü - Sərnişinlər "sınıq-sınıq oldu"

01 May 2017 09:43

Məhkum özünü asdı - BAKIDA

01 May 2017 09:42

"Muradı tanıdıqca, daha çox sevirəm"

01 May 2017 09:42

Neft ucuzlaşıb

01 May 2017 09:42

Abşeronda toydan qayıdan gənc bıçaqlanıb

01 May 2017 09:42

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

01 May 2017 09:38

Braziliya, Uruqvay və Argentina ittifaq bağladı

01 May 2017 09:38

Dollar sabit qaldı

01 May 2017 09:38

Azərbaycan İstilik Elektrik Stansiyasının aktivləri cüzi azalıb

01 May 2017 09:37

Cəbhədən XƏBƏR VAR

01 May 2017 09:37

"Aeroflot"un reysində turbolentlik nəticəsində 20-dən çox sərnişin xəsarət alıb

01 May 2017 09:37

UEFA kubokunun qalibi müəyyənləşdi

01 May 2017 09:37