Topaz Premyer Liqasının VIII turu çərçivəsində hazırda keçirilən “Zirə” - “Neftçi” matçında insident yaşanıb. Рadisə “ağ-qaralar”ın azarkeşləri ilə polis arasında baş verib.
Buna bir azarkeşin üzünü “Neftçi” rəhbərliyi oturan lojaya tutaraq, onları təhqir etməsi səbəb olub.
Nəticədə polis əməkdaşları həmin şəxsi bölməyə aparmaq istəyiblər. Lakin digər fanatların müdaxiləsindən sonra polis fikrindən daşınıb.
Qeyd edək ki, ikinci hissəsi oynanılan qarşılaşmada “Zirə” 2:0 hesabı ilə öndədi.(Apasport.az)
Fanat.Az