Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da məşhur idmançının qızı öldürülüb

ABŞ-da məşhur idmançının qızı öldürülüb

Date: 16 October 2016 20:22

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, insident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd olunur ki, Triniti Qeydə idmançı olub, gənclər üzrə bir sıra yarışların mükafatını qazanıb.

Milli.Az


Tags:  ABŞ-da məşhur idmançının qızı öldürülüb

RƏYLƏR


Top news