Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

Date: 16 October 2016 20:32

Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransada minlərlə insan ənənəvi ailə modelinə dəstək aksiyası keçiriblər. “Report” Frans Press agentliyinə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, 23-24 min insan küçələrə axışaraq eynicinsli nikahlara etirazını bildirib.
Aksiya zamanı polis 13 nəfəri saxlayıb. Onlardan 6 nəfər FEMEN hərəkatının aktivistləri olublar. Aksiya zamanı həmin şəxslərin soyunduqları bildirilir. Daha 7 nəfər isə qanunsuz silah gəzdirdikləri üçün saxlanılıblar.

Tags:  Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

RƏYLƏR


Top news