Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən yalançı bürclər

Ən yalançı bürclər

Date: 16 October 2016 20:37

Hansı bürcün yalan danışmaqdan zəhləsi gedir, hansı yalan danışmaqda ustadır və yaxud da ən çox hansı yalanları danışırlar?

Milli.Az publika.az-a istinadən bürclərin yalana münasibəti haqqında məlumatı təqdim edir:

Qoç bürcü: Yalan danışmağı sevməyən və bacarmayan Qoçların yalan söylədiyindən şübhələnirsinizsə, üstünə gedin. Üstünə getsəniz, həqiqəti öyrənə bilərsiniz. Çünki onların nə özünü müdafiə, nə də uydurmaq qabiliyyəti var.

Buğa bürcü: Hər zaman lüks həyat və pul hərisi olan buğaların ən zəif damarı yalandır. Onlar çox vaxt pulları olmadığından şikayət etsə də, belə deyil. Buğaların hər ehtimala qarşı ehtiyatda mütləq pul saxlayırlar. Onlar gözə gəlməkdən qorxduqları üçün pullarının sayını-hesabını gizlədirlər.

Əkizlər bürcü: Əkizlərin yalanını tutmaq çox çətindir. Çünki Əkizlərin inandırmaq qabiliyyətləri olduqca yüksəkdir. Elə hekayələr uydurub danışacaqlar ki, lap məəttəl qalacaqsınız. Hətta ağzınızı açıb bir söz deməyə çəkinəcəksiniz.

Xərçəng bürcü: Adətən çıxılmaz vəziyyətdən çıxmaq üçün yalana əl atırlar. Yalanları da vəziyyəti düzəltmədiyi halda özlərini pis hiss edərlər. Nəticə etibarı ilə həqiqətlər ortaya çıxır.

Şir bürcü: Yalanı əyləncə kimi görən Şirlər hekayə qurmağı xoşlayırlar. Siz dinlədikcə o sizi hipnoz edərək inandıracaq. Sizə sadəcə alqışlamaq və kənardan baxmaq qalacaq.

Qız bürcü: Hər sözü üzə dedikləri üçün yalana və riyakarlığa nifrət edirlər. Buna görə də onların danışdığı yalanlar nəticə etibarı ilə həqiqətə yaxın olur. Ya həqiqəti yumşaldıb yalan danışarlar, ya da çox əhəmiyyətsiz məsələlər haqqında yalan uydurarlar.

Tərəzi bürcü: Tərəzilər yalan danışmaqda ustadırlar. Yalanları elə məsum söyləyirlər ki, inanmamaqda çətinlik çəkəcəksiniz. Gülən gözlərin arxasında yalan danışan hiyləgər adamın olduğuna şübhə etməyəcəksiniz.

Əqrəb bürcü: Nə yalan danışmağı, nə də yalan eşitməyi xoşlayırlar. Yalanın nazı ilə oynamaqdansa, sərt həqiqətə üstünlük verirlər.

Oxatan bürcü: Yalan danışmağı xoşlamırlar, hətta dürüstlükləri ilə qarşındakı insanı sancırlar. Yalan danışdıqları zaman isə yox olmaq üçün yer axtarırlar. Əslində, söylədikləri yalanların əksəriyyəti də həqiqətə yaxındır.

Oğlaq bürcü: Oğlaqlar sizə yalan danışırsa, özünü narahat hiss etməyə başlayır. Nə isə demək istəyirmiş kimi ətrafda gəzib dolaşır. Yəni, özü öz yalanını açıb ağardır.

Dolçalar: Dolçalar adətən gələcək planlarından söz düşəndə yalan uydururlar. Bu cür yalanların demək olar ki, hər biri düşünülmüş və qüsursuz olur. Həqiqəti bilsəniz də, onlara inanmamaqda çətinlik çəkəcəksiniz. Çünki onların yaradıcılıq qabiliyyətlərinə söz ola bilməz.

Balıq bürcü: Müqəddəs həqiqət onlar üçün hər zaman ilk yerdə dayanır. Ancaq başqalarına zərər gəlməsin deyə, onların yaxşılığını düşündükləri üçün yalan danışırlar. Sizin yaxşılığınızı düşünən fədakar balıqlar dediyi yalana o qədər inanar ki, ona qəzəblənməyə ürəyiniz gəlməz.

Milli.Az


Tags:  yalançı bürclər

RƏYLƏR


Top news