Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çempionun qızı öldürüldü

Çempionun qızı öldürüldü

Date: 16 October 2016 21:27

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb. İnsident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

 

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

Qeyd olunur ki, Triniti Qeydə yüngül atlet olub, 2015-ci ildə gənclər üzrə bir sıra sprint yarışlarının mükafatını qazanıb. (APA)


Fanat.Az


Tags:  Çempionun qızı öldürüldü

RƏYLƏR


Top news