Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək

Vladimir Kliçko britaniyalı Entoni Coşua ilə döyüşəcək
21:57 16 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ / Ukrayna boksçusu Vladimir Kliçko və britaniyalı Entoni Coşua bu ilin dekabrında döyüş keçirmələri ilə bağlı razılığa gəliblər. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə britaniyalının promouteri Eddi Hirn bildirib.
“Boksçular arasında razılığa gəlinib, döyüşün rəsmi anonsu yaxın vaxtlarda veriləcək”, - Hirn bildirib.
Qeyd edək ki, Kliçko peşəkar karyerasında keçirdiyi 68 döyüşdən 64-də qələbə qazanıb (53-ü nakautla) və 4 məğlubiyyət yaşayıb. Coşua isə hələ də peşəkar rinqdə məğlubiyyət görməyib – 17 qələbə, hamısı nakautla.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/vladimir-klicko-britaniyali-entoni-cosua-ile-doyusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR