Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Con Kerri: "Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər"

Con Kerri: "Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər"

Date: 16 October 2016 22:12

Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib.
 
"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri bildirib.
 
Bundan  əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki,  ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Milli.Az


Tags:  Con Kerri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

RƏYLƏR


Top news