"Neftçi" yenə uduzdu

"Neftçi" yenə uduzdu
22:39 16 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub ki, hər iki matç Bakıətrafı qəsəbələrdə oynanılıb.

 

Günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edib. Oyunun taleyini bir qol həll edib. Matçın sonuna 7 dəqiqə qalmış Julian Ebah komandasına qələbə qazandıran qola imza atıb. AZAL-ın növbəti məğlubiyyəti onu digər komandalardan bir az da ayırıb. "Kəpəz" isə qələbə sayəsində 4-cü pilləyə yüksəlib.

 

Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olub. Mövsümün iki uğursuzunun duelində 2 qol vurulub. Ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələri bu ilki uğursuz gedişəson qoymaq üçün bu matçdan qələbə ilə ayrılmağa məhkum idi. İlk hissənin sonlarında Krneta penaltidən dəqiq istifadə edib. İkinci hissə isə "Neftçi" üçün fəlakət kimi başlayıb. Əvvəlcə 47-ci dəqiqədə Rahil Məmmədov qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb, bundan 3 dəqiqə sonra isə "Zirə" ikinci qolu vurub. Matçın sonuna kimi başqa qol olmayıb və "Neftçi" növbəti dəfə məğlubiyyətlə barışmalı olub.

 

Topaz Premyer Liqası

VIII tur

 

16 oktyabr (bazar)

 

“Zirə” – “Neftçi” - 2:0

Qollar: Krneta, 43 (pen.), Adil Nağıyev, 50

 

AZAL  – “Kəpəz” - 0:1

Qol: Ebah, 83


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR