Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeyib-içdilər - Biri digərini öldürdü

Yeyib-içdilər - Biri digərini öldürdü

Date: 16 October 2016 23:33

Xaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

İlkin informasiyaya əsasən, İlqar Məmmədəli oğlu Novruzovla Gündüz Əli oğlu Məhərrəmov bir yerdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra aralarında xoşagəlməz söz-söhbət yaranıb. Nəticədə Gündüz Əli oğlu Məhərrəmov İlqar Məmmədəli oğlu Novruzovu bıçaqlayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.(report)


Tags:  Yeyib-içdilər Biri digərini öldürdü

RƏYLƏR


Top news