Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dünyanın ən yaşlı pandası öldü - fotolar

Dünyanın ən yaşlı pandası öldü - fotolar

Date: 16 October 2016 23:51

Honq-Komnqun “Okeaniya Parkı”nda saxlanılan “Jia jia” adlı panda 38 yaşında ölüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yaşlı panda kimi “Ginnesin Rekordlar Kitabı”na düşən “Jia jia” bir müddətdir ağır xəstə imiş.

Pandanın daha çox acı çəkməsini istəməyən “Okeaniya Park” rəhbərliyi iynə  vuraraq onu əbədi yuxuya göndəriblər.

Qeyd edək ki, 1978-ci ildə Çinin Sincan bölgəsində doğulan “Jia jia”, 1999-cu ildə Honq-Konqa verilib. Parkda onun hər doğum günü üçün xüsusi hədiyyələr hazırlanırdı.




Tags:  Dünyanın yaşlı pandası öldü fotolar

RƏYLƏR


Top news