Quba sakini həmyerlisini borca görə bıçaqlayıb

Quba sakini həmyerlisini borca görə bıçaqlayıb
23:52 16 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 16 oktyabr. REPORT.AZ/ Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Qam-qam kənd sakini 1975-ci il təəllüdlü  Asəf Məhbud oğlu Ocaqov, rayonun Cimi kənd sakini 1979-cu il təvəllüdlü  Oktay Zərifşah oğlu İsrafilovu bıçaqlayıb. Nəticədə  ağır bədən xəsarətləri alıb və Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub: "Oktay İsrafilov döş qəfəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş-deşilmiş yarası, qarın nayihələrinin kəsilmiş-deşilmiş yırtıqları, döş qəfəsinin ön səthinin və qarın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır".
Quba Rayon Polis şöbəsindən bildirilib ki, O.İsrafilovu bıçaqlayan Asəf Ocaqov polis tərəfindən saxlanılıb: "Hadisənin tanışlar arasında yaranan borca görə baş verdiyi ehtimal edilir. Daha dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq". 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/quba-sakini-hemyerlisini-borca-gore-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR