Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi"dən futbol tarixində görünməmiş biabırçılıq

"Neftçi"dən futbol tarixində görünməmiş biabırçılıq

Date: 17 October 2016 00:27

"Neftçi"nin baxışa çağırdığı yeni futbolçularla 6 aylıq müqavilə imzalamağa hazırlaşması barədə xəbər vermişdik. Daha doğrusu, baş məşqçi Elxan Abdullayev özü bu barədə danışmışdı.

"Bu oyunçularla müqavilə bağlasaq, müddəti qışa kimi olacaq. Komandada qalmaları üçün isə özlərini göstərmələri lazımdır. Onlarda bunun üçün motivasiya olacaq. Özlərini göstərə bilməsələr, qışda ayrılacağıq" deyə baş məşqçi bildirmişdi.

Söhbət Boban Baykoviç, Aleksandr Fertov və Enrike Pessallidən gedirdi. Həmin vaxt bildirmişdik ki, istər yay fasiləsində, istərsə də, məsələn, oktyabr ayında klublara futbolçu ilə qış fasiləsinədək müqavilə bağlamağa icazə verilmir. Həmin futbolçu azad agent statusu daşısa belə. Çünki bu FIFA-nın mövcud qaydalarına ziddi.

Hətta məsələ ilə bağlı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovla da danışmışdıq. Qurum rəsmisi də bunun qaydalara uyğun olmadığını və belə müqaviləni qəbul etməyəcəklərini bildirmişdi: "FIFA qaydalarına görə, futbolçu ilə yalnız mövsümün sonuna qədər müqavilə bağlamaq olar. Oyunçunun azad agent statusu daşıması da heç nəyi dəyimşir. Yay fasiləsində və ya mövsüm başlayandan sonra heç bir oyunçu ilə qışa qədər müqavilə bağlamağa icazə verilmir. Belə müqavilə olanda, biz onu qəbul etmirik. Daha öncə belə bir hal olub, götürməmişik. Həmin klub məcbur qalıb yeni müqavilə bağladı - mövsümün sonuna qədər. Amma onu da əlavə edim ki, həmin futbolçu elə qış fasiləsində komandadan göndərildi". 

Bu yazıdan bir neçə gün sonra "Neftçi" baxışda olan legionerlərdən ikisi - Boban Baykoviç və Enrike Pessalli, həmçinin millimizin sabiq üzvü Mahir Şükürovla müqavilə imzalaması barədə rəsmi saytı ilə məlumat yaydı. Anlaşmanın müddəti isə mövsümün sonunadək göstərilirdi.

Düşünmək olardı ki, adi qaydaları belə bilməyən klub rəhbərliyi PFL rəsmisinin açıqlamasından nətiə çıxararaq səhvini düzəldib. Hər halda, məlumat klubun rəsmi saytı vasitəsi ilə yayımlanıb. Amma "Neftçi"ni uçrumun dibinə yuvarlayanlar növbəti biabırçılığa imza atmaqla həm özlərini biabır ediblər, həm Azərbaycan futbolunu... Necə?

İndi məlum olub ki, "ağ-qaralar"ı qara günə salanlar Enrike Pessalli ilə 2,5 aylıq müqavilə imzalayıb. Bunu braziliyalı futbolçu özü də futbolinfo.az saytına müsahibəsində bildirib: "5 il Braziliyada, 5 il isə Fransada oynamışam. Bu cür anlaşmaya karyeram ərzində ilk dəfədi ki, rast gəlirəm. Bu, yeni təcrübə və mənim üçün bir çağırışdı. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam".

Rəqəmi səhv yazmamışıq, anlaşmanın müddəti 2,5 aydı. Yayda və ya mövsümün gedişində futbolçu ilə 6 aylıq müqaviləyə icazə verilmədiyi halda 2,5 aylıq anlaşma necə imzalanıb? PFL bu müqaviləni necə qəbul edib? Və ya "Neftçi" niyə rəsmi saytında anlaşmanın müddətini 1 il göstərib? Klub düz danışırsa, bəs futbolçunu belə bir açıqlama verməyə məcbur edən səbəb nədi?

Deyəsən, klub rəhbərliyi futbolçunu paxırlarını açmamaqla bağlı tənbeh etməyi unudub axı?

Fanat.Az

Tags:  Neftçidən futbol tarixində görünməmiş biabırçılıq

RƏYLƏR


Top news