Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Date: 17 October 2016 00:37

Bakı. 17 oktyabr. REPORT.AZ/ Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfərin həlak olduğu bildirilir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 8 nəfər itkin düşüb.
Ölkənin təbii fəlakətlərin qarşısının alınması Komitəsinin hesabatına əsasən, həlak olanların əksəriyyəti Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyalətinin sakinləri olub.
İlkin məlumatlara görə, daşqınlar zamanı 7 ev dağılıb, 100 minə yaxın evi su basıb.
Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir.

Tags:  Vyetnamda baş verən daşqınlar nəticəsində azı 21 nəfər həlak olub

RƏYLƏR


Top news