Tramp: ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır

Tramp: ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır
02:37 17 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. “Report” xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi Twitter.
“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - Trampın bəyanatında bildirilir.
Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/tramp-abs-da-ekser-secki-menteqelerinde-seckiler-saxtalasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR