Azərbaycancanda hər 4 qadından birində piylənmə var

Azərbaycancanda hər 4 qadından birində piylənmə var
06:13 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyada 640 milyona yaxın insan artıq çəkidən (piylənmə) əziyyət çəkir. Beynəlxalq Sağlıq Təşkilatlarının son illərdə üzərində ən çox araşdırma apardığı mövzulardan biridir.

RFE/RL tərəfindən hazırlanan infoqrafikada keçmiş Sovet ölkələri arasında piylənmə faizlərini dərc edib. Qadın və kişilərin ayrı hesablandığı infoqrafikada WHO ( Dünya Sağlıq Təşkilatı) məlumatları istifadə olunub.

Azərbaycan qadınlar arasında üçüncü yerdədir.

Azərbaycan qadınlar arasında üçüncü yerdədir.

Post-Sovet ölkələri arasında həm qadın həm də kişilər arasında birincilik Litvanındır. Piylənmədən ən az əziyyət çəkən ölkə isə Tacikistan və Qırğızıstandır.

Azərbaycan qadınlar arasında piylənmə 25.2 %-dir. Kişilərdə isə 17.8%. Bu statistikalara əsasən hər 4 Azərbaycan qadınından birində piylənmə olduğu ortaya çıxır.

Avropanın birincisi isə Macarıstandır.

Avropanın birincisi isə Macarıstandır.

Avropa ölkələri arasında birincilik isə 28.5% ilə Macarsıtandır. B.Britaniya (24.7%) ilə ikinci, İrlandiya isə 23% ilə üçüncüdür.

Piylənmənin ən az olduğu Avropa ölkəsi isə 7.9% ilə Rumıniya və İtaliyadır (10.4%)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR