"Bulanjer" kartofu - FOTO

"Bulanjer" kartofu - FOTO
07:05 17 Oktyabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Bulanjer" kartofunun hazırlanma qaydasını təqdim edir

Bananlı-ananaslı tort - FOTO

Tərkibi: 

1 kq kartof
2 baş soğan 
60 q kərə yağı
200 ml tərəvəz bulyonu
200 ml süd
duz
qara istiot

Kartofu təmizləyib təxminən 2 mm qalınlıqda fal-fal doğrayın. Soğanı nazik halqa doğrayın. 
Kartofu duzlayıb-istiotlayın. 

Formanı kərə yağı ilə yağlayın. Bir lay kartof, sonra soğan döşəyin. Ərzaq bitənədək təkrarlayın. 

Sonuncu layı daha gözəl döşəməyə çalışın, məsələn, bir tərəfi o birinin üstünə çıxmaqla dilimləri dairə boyu düzün. 

Qaynar bulyonu qaynar südlə qarışdırıb səliqəylə üzərinə tökün. Bu qarışıq ən üst layadək qalxmalı, amma onun üzərinə çıxmamalıdır.

Formanın ağzına folqa çəkib 200 dərəcədə 40 dəqiqə bişirin. Sonra folqanı çıxarın, kartofun üzərinə əridilmiş kərə yağı gəzdirin. Temperaturu 180 dərəcəyədək azaldın. Daha 40 dəqiqə bişirin. 

Kartof laylarının arasına xırdalanmış sarımsaq əlavə etsəniz, dadı fərqli olacaq. Süfrəyə təzə göyərti və pendirlə verə bilərsiniz.  

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/479769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR