Terminallarda problem: pulu qəbul etmir (VİDEO)

Terminallarda problem: pulu qəbul etmir (VİDEO)
07:08 17 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıya yağan yağış ciddi fəsadlara yol açmasa da, küçədə quraşdırılan bəzi ödəmə terminallarını qeyri işlək edib.

“Xəzər Xəbər”ə müraciət edən vətəndaşlar 9-cu mikrorayonda bir çox ödəmə terminallarının işləmədiyini bildiriblər. Deyiblər ki, yağışlardan sonra belə olub. Terminallarda heç bir ödəniş əməliyyatı aparmaq mümkün olmayıb.

Pulu daxil edir, amma terminal qəbul etmir. Bura paytaxtın 9-cu mikrorayon, Şamaxinka deyilən ərazidir. Vətəndaşlar bildirir ki, bu günkü yağışlardan sonra terminallar işləməyib.

Test üçün ərazidəki başqa ödəmə aparatlarına da yaxınlaşdıq. Məlum oldu ki, yaxınlıqdaki bir çox terminalda eyni vəziyyətdir.

Məsələylə bağlı ödəmə terminalını yerləşdirən şirkətlə əlaqə saxladıq. Bildirdilər ki, bazar günü olduğundan aparatlarının işləməmək səbəbini deyə bilməyəcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR