Nadir rast gəlinən heyvan Lerik sakininə pənah apardı (VİDEO)

Nadir rast gəlinən heyvan Lerik sakininə pənah apardı (VİDEO)
08:08 17 Oktyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Sakinlər bu cür canlını ilk dəfədir ki, gördüklərini deyirlər. Ekoloqlar isə bu heyvanın meşələrdə yaşayan yırtıcı olduğunu bildirir.

Meşədə yaşayan naməlum heyvan həyətə soxuldu.

Hadisə Lerikin Hamarmeşə kəndində baş verib. Kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki quyuda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan görüb.

Əvvəl onun tülkü balası olduğunu zənn edib və tutub. Onu kənd sakinlərinə göstərdikdə isə yaşlı insanlar bu heyvanın el arasında "ala boyun" kimi tanınan və kənd yerlərində az hallarda müşahidə edilən heyvan olduğunu bildiriblər. Güman edilir ki, yırtıcı ya son günlər yağan güclü leysan nəticəsində kəndə gəlib, ya da ev quşlarının ovuna çıxıb.

Ekoloqlar bildirir ki, Həyətdə aşkar olunan bu xəzdərili heyvanın adı Martes-dir. Uzunluğu quyruğu ilə birlikdə 70 sm-ə, çəkisi təxminən 2 kiloqrama çatır. Dələkimilər fəsiləsinə aid edilir və yırtıcı sayılır. O kiçik canlılarlar və quşlarla, qidalanır. Sürətli qaçmaq bacarığı olduğundan hətta dovşanı da rahat şəkildə ovlaya bilir.

Qadir Rzayev bir qədər qulluq etdikdən sonra heyvanı meşəyə buraxmaq niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/172391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR