Sadəcə yanacaq üçün 1,2 milyon ödədilər - FOTO

Sadəcə yanacaq üçün 1,2 milyon ödədilər - FOTO
08:27 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Mariah Keri və avstraliyalı milyarder həyat yoldaşı Ceyms Pakerin "Arctic P" adlı yaxtası Marmaris limanında görünüb.

Axşam.az "Habertürk"ə istinadən xəbər verir ki, Yunanıstanın Rodos adasından gələn 87 metr uzunluğundakı nəhəng yaxtaya 5 tankerlə yanacaq nəql edilib.

Yaxtaya 4,5 saat ərzində 600 min litr yanacaq ötürülüb. Yanacaq üçün 1,2 milyon lirə (təxminən 624 min manat) ödənildiyi bildirilir.

Cütlüyün yaxtada olub-olmaması barədə məlumat verilməyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR