Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Volkswagen" xərclərini 10% azaldır

"Volkswagen" xərclərini 10% azaldır

Date: 17 October 2016 08:37

"Volkswagen" avtomobil konserni "dizel qalmaqalı" üzrə kompensasiyaların ödənişi səbəbindən 2017-ci ildə xərclərini 10% azaldacaq. Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu konsernin rəhhbəri Mattias Müller deyib.

"Xərclərin azaldılması ağır prosesdir. Lakin şirkət avtomobil sənayesindəki struktur dəyişikliklərinə riayət etməlidir ki, bu da az xərc aparmır", - deyə şirkət rəhbəri əlavə edib.
 
Qeyd edək ki, noyabrın 18-də şirkətin Müşahidə Şurasının iclası keçiriləcək. Həmin iclasda qarşıdan gələn illər üzrə xərclərin planı təsdiqlənməlidir.
 
Bundan öncə "The Wall Sreet Journal" yazıb ki, "Volkswagen" ABŞ-dakı dilerlə $1,2 mrld. həcmində təzminat ödəməyə razılaşıb.

Milli.Az


Tags:  Volkswagen xərclərini 10 azaldır

RƏYLƏR


Top news