Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2 konqresmen Azərbaycanı təbrik etdi

2 konqresmen Azərbaycanı təbrik etdi

Date: 17 October 2016 09:14

 

ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü, konqresmen Loretta Sançez 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar xüsusi təbrik bəyanat imzalayıb.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, təqdim olunmuş bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

  

Bəyanatda qeyd olunur ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, ötən 25 il ərzində azadlığını və suverenliyini möhkəmləndirib, olduqca vacib Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqinə və ən iri ticarət tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır. Sonda konqresmen qeyd edir ki, Azərbaycan azad və müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb.

  

Qeyd edək ki, 1997-ci ildən Konqresin Nümayəndələr Palatasının Demokratlar Partiyasından üzvü olan L.Sançez hazırda Kaliforniyadan ABŞ Senatına iki əsas namizəddən biridir.

 

L.Sançezin təbrikinə onun həmkarı, Kaliforniyadan olan digər konqresmen Xuan Varqas, eləcə də Kaliforniya Ştat Senatının senatoru Ben Allen və Kaliforniya Ştat Assambleyasının üzvü Riçard Blum da qoşulublar. Belə ki, sözügedən qanunvericilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnamələri göndərərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına arzularını çatdırıblar.    

 


Tags:  konqresmen Azərbaycanı təbrik etdi


RƏYLƏR


Top news