Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır"

"ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır"

Date: 17 October 2016 09:17

Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə millyarder-namizəd öz şəxsi Twitter səhifəsində bəyan edib.

"Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür", - Trampın bəyanatında bildirilir.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar.

Milli.Az


Tags:  ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır

RƏYLƏR


Top news