"Neftçi"nin yeni transferi: "Karyeramda ilk dəfədir ki, belə şeylə rastlaşıram"

"Neftçi"nin yeni transferi: "Karyeramda ilk dəfədir ki, belə şeylə rastlaşıram"
09:27 17 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" səfərdə "Zirə"yə məğlub oldu.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra "ağ-qaralar"ın yeni transferi Jonas Pesalli sualları cavablandırıb.

- Oyun haqqında fikirlərinizi bölüşün...

- Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqib güclü idi. Təəssüf ki, hər şey "göz qırpımında" həll oldu. Əvvəlcə qapımıza penalti təyin edildi, az sonra isə qırmızı vərəqə aldıq. Yekunda isə məğlubiyyətə uğradıq.
 
- Komandada debüt oyununa çıxdın. Hazırkı vəziyyət barədə nə deyə bilərsən?

- Azərbaycana gəlməmişdən qabaq "Neftçi" barədə yetərincə məlumat toplamışdım. Necə böyük kluba gəldiyimi bilirəm. "Neftçi"yə əlimdən gələn köməyi etmək üçün gəlmişəm.
 
- Klubun tarixi olduğunu dedin. Bəs hazırkı vəziyyəti necə, bilirdinmi?

- Əlbəttə, hara gəldiyimi yaxşı bilirdim. Çalışırıq ki, yeni məşqçi heyəti ilə klubu bu vəziyyətdən çıxaraq.
 
- 2,5 aylıq müqavilə bağladın. Həyatında daha əvvəl belə anlaşma olmuşdu?

- 5 il Braziliyada, 5 il isə Fransada oynamışam. Karyeram ərzində ilk dəfədi ki, belə şeyə rast gəlirəm. Bu, yeni təcrübədi mənim üçün. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam.
 
- Niyə razılaşdın ki, bununla?

- Bu klubda hər şey yenidən qurulur. Buna görə də, razılaşdım. Hələ bilmirəm komandaya alışa biləcəmmi. Hər şey qaydasında getsə, karyeramı "Neftçi"də davam etdirmək istərdim.
 
- Bura gəlməmişdə öncə klubsuz idin. Bunun səbəbi nə idi?

- Fransadan sonra fərqli ölkə, macəra axtarırdım. Asiyada çıxış etmək istəyirdim. Ancaq "Neftçi"dən gələn təklif məni fikrimdən daşındırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR