Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 978-ə çatıb

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 978-ə çatıb
09:42 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə, Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 1 nəfər artaraq 595-ə çatıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 977-dən 978-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergi-borcuna-gore-azerbaycandan-cixmasi-qadagan-edilen-sexslerin-sayi-978-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR