Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda nəqliyyatın hərəkəti iflic oldu

Bakıda nəqliyyatın hərəkəti iflic oldu

Date: 17 October 2016 09:43

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac yaranıb.


Tags:  Bakıda nəqliyyatın hərəkəti iflic oldu

RƏYLƏR


Top news