Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-in qalası alınır: Mosul əməliyyatı başlandı - FOTO

İŞİD-in qalası alınır: Mosul əməliyyatı başlandı - FOTO

Date: 17 October 2016 09:57

İraqın baş naziri Heydər əl Əbadi bu gün Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad olunması ilə bağlı əməliyyatın başlandığını bəyan edib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, baş nazir İraqın dövlət televiziyası ilə çıxışında deyib: "Vətəndaşları İŞİD terrorundan və zorakılığından azad edəcək zəfər əməliyyatının başlandığını bəyan edirəm. Mosulu İraq ordusu və yerli polis dəstələri azad edəcəklər. Yerli sakinləri azadlıq qüvvələri ilə əməkdaşlığa çağırıram".

Sky News Arabia bildirir ki, Mosula yönəlmiş quru qoşunlarının sayı 60 min nəfərdən artıqdır. Qoşunlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiyası və artilleriya dəstək verir.

Mosul əməliyyatı bu gün səhər saatlarında başlanıb.

Dünən İraqın Hərbi-Hava Qüvvələri mühasirəyə alınmış Mosul üzərinə on minlərlə vərəqə atıblar. Vərqələrdə terrorçuların mövqelərinə doğru hücumun başlanacağı xəbərdarlığı vardı. Şəhər sakinlərinə xüsusi qeyd edilmiş rayonlarda peyda olmamaq, İŞİD mövqelərindən uzaq durmaq, qapı-pəncərələri bağlamaq məsləhət bilinib.

Mosul əməliyyatına hazırlıq oktyabrın 15-də, axşam saatlarında başlanmışdı. İŞİD mövqelərinə aviasiya və artilleriya zərbələri endirilib. İŞİD terrorçuları avtomobil şinlərini yandıraraq təyyarə pilotlarının görmə imkanlarını zəiflətməyə çalışıblar. Bundan başqa, terrorçular şəhər ətrafında qazdıqları və neftlə doldurduqları arxlara od vurublar.

İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin yayından bəri İŞİD-in əlindədir.

1,3 milyon sakini olan şəhərdə İŞİD-in 6 mindən artıq terrorçusu var.

Milli.Az
























Tags:  İŞİD-in qalası alınır Mosul əməliyyatı başlandı FOTO

RƏYLƏR


Top news