Azərbaycan Mərkəzi Bankı 17 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axşam.az-a verilən məlumata görə, oktyabrın 17-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5969 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7543 manat təşkil edir.
1 türk lirəsi 0,5158 manat, 1 rus rublu 0,0253 manatdır.