Yunanıstan Super Liqasında VII turun oyunları keçirilir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən PAOK da növbəti matçına çıxıb.
Saloniki təmsilçisi evdə "İraklis"lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın yeganə qoluna oyunun 3-cü dəqiqəsində Rodriqes imza atıb.
Qeyd edək ki, klublarla federasiya arasında fikir ayrılığına görə Yunanıstan Super Liqasının ilk iki turu təxirə salındığı üçün komandalar cəmi 5 oyun keçiriblər və hesabında 11 xal olan PAOK 2-ci pillədə qərarlaşaraq "Olimpiakos"dan 1 xal geri qalır.
Milli.Az