Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT
10:18 17 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş Dövlət Yol Polisi İdarəsi (BŞBPİ) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikasının digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sizin mənzil başına sağ-salamat çatmağınız üçün olduqca önəmlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzidnə Bakıda güclü şimal-qərb küləyi əsəcək. Bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə gün ərzdə yağış yağacaq, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR