Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fəxrəddin Manafov gənclərlə görüşdü - fotolar

Fəxrəddin Manafov gənclərlə görüşdü -  fotolar

Date: 17 October 2016 10:21

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecənin ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Fəxrəddin Manafov 4 illik fasilədən sonra məhz bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb. Premyerası ötən mövsümün sonunda baş tutan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

“Kazanova: sevgi dərsləri” əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Baş rol - Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Fəxrəddin Manafov ifa edib. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edib.

“ADDIM” Gənclər Təşkilatının təşəbbüsü ilə “Teatra ADDIMla” layihəsi çərçivəsində keçirilən tədbirdə F.Manafov gənclərlə görüşüb, fotolar çəkdirib.







Tags:  Fəxrəddin Manafov gənclərlə görüşdü fotolar

RƏYLƏR


Top news