Bakıda avtomobil azyaşlı qızı vurub

Bakıda avtomobil azyaşlı qızı vurub
10:27 17 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda məktəbli qızı naməlum avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi 11 yaşlı Ağalarova Nəzrin Cəlal qızının yaşadığı evin yaxınlığında baş verib. Onu qonşuları xəstəxanaya çatdırıb.
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, N.Ağalarova 65 nömrəli orta məktəbin şagirdidir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobil-azyasli-qizi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR