Güclü yağış Bakını iflic etdi - FOTO

Güclü yağış Bakını iflic etdi - FOTO
10:37 17 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 17-si gecədən etibarən yağan intensiv yağışlar paytaxt Bakıda nəqliyyatın hərəkətini iflic edib. Sıxlıq, əsasən, Neftçilər, Ziya Bünyadov, Xətai prospektlərindədir.

Sıxlıq yaşanan istiqamətlərdən biri də "Yeni Günəşli" qəsəbəsindən "Xalqlar dostluğu" metrostansiyası  istiqamətindədir. Yollarda yığılıb qalan yağış suları hərəkətə əngəllər törədib. Xarab olaraq yolun ortasında qalan 50 və 104 nömrəli marşrut avtobusları isə vəziyyəti daha da qəlizləşdirib. 

Milli.Az bildirir ki, modern.az-ın əməkdaşının da tıxacda qaldığı 50 dəqiqə ərzində isə ərazidə heç bir yol polisi əməkdaşı görünməyib.

Tıxac səbəbindən əksər marşrut avtobusları da qrafikdən çıxaraq gecikmələrlə işləyirlər.
 
Küçələrdə yığılıb qalan yağış suları, eyni zamanda, piyadaların yolu keçməsinə imkan vermir.
Bakının bu günündən fotoları təqdim edirik:

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR