Eyni anda şəhərin 500 min sakini öləcək – BÖYÜK TƏHLÜKƏ

Eyni anda şəhərin 500 min sakini öləcək – BÖYÜK TƏHLÜKƏ
10:38 17 Oktyabr 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyatın başlaması ilə böyük bir təhlükə ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədə ən böyük problem davamlı olaraq erroziyaya uğrayan Mosul su anbarıdır.

İraqın ən böyük su anbarı olan Mosul anbarının çökmə ehtimalı, xüsusilə ABŞ tərəfindən tez-tez dilə gətirilib. Mosul əməliyyatının başlaması ilə anbara nəzarət əhəmiyyətli dərəcədə artıb.

12 milyard kubmetr su tutumu olan anbar dağılacağı halda, Mosul 4 saat ərzində 21 metr dərinlikdə su altında qala bilər. Şəhərdə təxminən yarım milyon insanın öləcəyi təxmin edilir. Bundan başqa, bu hadisə paytaxt Bağdadın böyük bir hissəsinin də su altında qalmasına səbəb ola bilər.

Anbar 2014-cü ildə İŞİD-in nəzarətinə keçib və bu dövrdə onun dağılma təhlükəsi artıb. Məlumata görə, türk hərbçilərinin Başika bazasında təlim keçdiyi “Ninova könüllüləri” anbarı tutmaq üçün göndərilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR