Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

Date: 17 October 2016 10:42

Bakı. 17 oktyabr. REPORT.AZ/ Pakistanda iki avtobusun toqquşması nəticəsində meydana gələn yol qəzasında 30 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, avtobuslar Rəhim Yar Khan dairəsindəki Pəncab əyalətində yerləşən Hanupura şəhərində səhər saatlarında toqquşub.
Xilasedicilərin verdiyi məlumata görə, avtobuslardan biri Karaçi şəhərindən Bahavalpur şəhərinə, ikinci avtobus isə Sadikabada doğru hərəkət edib.
Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkimlər onlara bütün lazımi yardımı göstərir.

Tags:  Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

RƏYLƏR


Top news