Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Son kral öldü

Son kral öldü

Date: 17 October 2016 10:53

Ruandanın son kralı, 80 yaşlı 5-ci Kiqeli dünən ABŞ-da həyatını itirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Keniyanın “Daily Nation” bildirib.

Əsl ad və soyadı Jan-Batist Ndahindurva olan kral əvvəllər Belçikanın müstəmləkəsi olmuş ölkədəki siyasi proseslərə görə 1960-cı ildə Ruandadan qaçmışdı. Novbəti il monarxiya ləğv edilib.

5-ci Kiqeli 1992-ci ildə Vaşinqtonun şəhərətrafında yerləşmədən əvvəl, bir neçə Afrika ölkəsində sürgündə yaşayıb. ABŞ-da Ruandalı Qaçqınlara Yardım Fondu yaradan keçmiş kral ərzaq yardımları alırdı.

Ömər Dağlı


Tags:  Son kral öldü

RƏYLƏR


Top news