Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil aşdı: bir ailənin üç üzvü xəsarət aldı

Avtomobil aşdı: bir ailənin üç üzvü xəsarət aldı

Date: 17 October 2016 10:54

Ağsu rayonu ərazisində 3 nəfərin xəsarəti alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Nuxov Vüqar Fidai oğlu idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüqar Nuxov, onun oğlu 1995-ci il təvəllüdlü Nihad Nuxov, kürəkəni 1987-ci il təvəllüdlü Yusifov Polad Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Tags:  Avtomobil aşdı ailənin üç üzvü xəsarət aldı


RƏYLƏR


Top news