Sabirabadda 43 km-lik yol tikilir

Sabirabadda 43 km-lik yol tikilir
11:02 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilir. "Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda ikiqat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni (yol yatağı) 10 metrdir.
Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır.
Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə, 43 km-lik yolun 258 min kv.m sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub.
Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.
Qeyd edək ki, avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.









Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/sabirabadda-43-km-lik-yol-tikilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR