BANM "10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi"ndə

BANM "10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi"ndə
11:05 17 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbi (BANM) Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan "10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi"ndə təmsil olunub.

Milli.Az xəbər verir ki, sərgidə BANM-in yeni kampusunun maketi, müxtəlif broşürlər, kitablar və digər tanıtım materialları təqdim olunub. BANM-in rektoru Elmar Qasımov sərgidə iştirak edib. BANM-in sərgidəki təqdimatı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. BANM-in əməkdaşları və tələbələri ziyarətçilərin, xüsusilə tələbələrin və BANM-də təhsil almaq istəyən yuxarı sinif şagirdlərinin çoxsaylı suallarını cavablandırıblar. 

Qeyd edək ki, bu il "Təhsil Sərgisi"ndə Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış ediblər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR