Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu

Qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu

Date: 17 October 2016 11:12

Xaçmaz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.

Milli.Az bildirir ki, bu barədə report-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun arzu kəndi ərazisində 1972-ci il təvəllüdlü İlqar Məmmədəli oğlu Novruzovu öldürməkdə şübhəli bilinən Gündüz Əli oğlu Məhərrəmov tutulub.
G.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, faktla bağlı araşdırmalara başlanılıb. 

Xatırladaq ki, İ.Novruzov həmyerlisi G.Məhərrəmov tərəfindən bıçaqlanıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Milli.Az


Tags:  Qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu

RƏYLƏR


Top news