Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının su basan avtomobil yolları - SİYAHI

Bakının su basan avtomobil yolları - SİYAHI

Date: 17 October 2016 11:12

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) güclü yağışlarla əlaqədar Bakı və Abşeron ərazisində yollarda tıxacların qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, səhər saatlarında bəzi ərazilərdə yağışın normadan artıq yağması nəticəsində yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb: "Hazırda Binəqədi rayonuna gedən yolda kollektor olmadığından həmin yolda çətinlik yaranıb. Hər dəfə yağış yağanda bu yolu su basır. Bundan başqa, paytaxtın Əhməd Ağaoğlu və Təbriz küçəsinin kəsişməsində kollektor olsa da, intensiv yağış nəticəsində bu kollektor da suyu ötürməyə çatdırmır, suyu geriyə verir, nəticədə su yola dolur".

A.Nəcəfli bildirib ki, paytaxtın Ziya Bünyadov prospektində "Xəqani petrol" yanacaqdoldurma məntəqəsinin ətrafında ərazi, Xətai və Neftçilər prospektində də hərəkətdə çətinliklər yaranıb. Həmin ərazilərdə də mövcud su ötürücü xətlər çatdırmadığından sel suları geriyə, avtomobil yollarına axır.

Hazırda əraziyə "Azəravtoyol" əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və "Azərsu" ASC-nin texnikaları cəlb edilib, yollardan suların çəkilməsi və hərəkətin bərpa edilməsinə başlanılıb.

Milli.Az


Tags:  Bakının su basan avtomobil yolları SİYAHI

RƏYLƏR


Top news