Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

10 kiloqram arıqlayan Sevda Ələkbərzadə - FOTO

10 kiloqram arıqlayan Sevda Ələkbərzadə - FOTO

"Arıqlamaq istəyən mədə kəsdirir, amma..." - Sevda Ələkbərzadə (18 Mart 2017 20:57)
Nərgiz Cəlilova təqdimatda - FOTO (05 Mart 2017 10:47)
Sevda Ələkbərzadə yeni klipinin təqdimatını etdi -VİDEO (04 Mart 2017 16:48)

Tarix: 17 Oktyabr 2016 11:17

Əməkdar artist Sevda Ələkbərzadə son günlər hədsiz arıqlaması ilə diqqət çəkib. 

Müğənni axşam.az-a açıqlamasında 49 kiloqram olduğunu deyib. 

O bildirib ki, ciddi pəhriz saxlayıb:

"Üzgüçülüklə məşğul oluram. Amma pəhriz olmasa, bu qədər arıqlaya bilməzdim. Yağlı, qızartma, şokolad, şirniyyat yemədim. Meyvəni də azaltmdım. Çünki meyvə vitamindir, kökəldir. 1 ildir yeməyimi azaltmışdım, 6 aydır daha ciddi pəhrizə oturmuşam. 59 kiloqram idim, 10 kiloqram çəki atdım. Artıq pəhriz bitdi, çalışıb kökəlməməliyəm".

Yaradıcılığından bəhs edən S.Ələkbərzadə yeni albom hazırlayacağını söyləyib:

"Yeni mahnılar hazırlayıram. Eyni zamanda da yeni albom düşünürəm. Pop musiqilərindən ibarət olacaq. Konsert planım var, amma bunun üçün yeni repertuar hazırlamalıyam. Bu ərəflərdə çox konsertlər verdim, tamaşaçılar mahnılarımı dinlədi. İstəmirəm onları yorum. Bu dəfə qarşılarına yepyeni repertuarla çıxmağı planlaşdırıram".

Milli.Az






Teqlər:  kiloqram arıqlayan Sevda Ələkbərzadə FOTO



RƏYLƏR


Top xəbərlər