Dünya Bankının regional direktoru və ölkə meneceri Azərbaycana gəlir

Dünya Bankının regional direktoru və ölkə meneceri Azərbaycana gəlir
11:22 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dünya Bankının (WB) Azərbaycan üzrə yeni ölkə meneceri Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) bu gün Bakıya gəlir. “Report”un məlumatına görə, onun bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Məlumatda deyilir ki, oktyabrın 18-də həm də WB-nin Cənubi Qafqaz regionu üzrə direktoru xanım Mersi Tembonun da Azərbaycana gəlişi gözlənilir.
M.Tembon yeni ölkə menecerini Azərbaycan hökumətinə təqdim edəcək. Onun Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və digər hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Əlavə edək ki, M.Tembon WB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci il oktyabrın 1-də işə başlayıb. O, 2012-ci ildən bu vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.
Qeyd edək ki, bu ilin oktyabrın 1-dən Azərbaycan üzrə yeni ölkə meneceri kimi işə başlayan N.H.Naqvi Dünya Bankında fəaliyyətə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilib. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb. O, “Durham” və “Hull” universitetlərini bitirib.
Xatırladaq ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-bankin-regional-direktoru-ve-olke-meneceri-azerbaycana-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR