İran xarici neft-qaz şirkətlərini əməkdaşlığa dəvət edir

İran xarici neft-qaz şirkətlərini əməkdaşlığa dəvət edir
11:22 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İran ölkədəki neft və qaz yataqlarının işlənməsində iştirak üçün xarici hasilat şirkətlərindən ərizə qəbuluna başlayıb.
“Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, ərizələrin qəbulu noyabrın 19-dək davam edəcək.
İran Milli Neft Şirkətinin (NIOC) saytında tender prosesinin açılması ilə bağlı məlumatda qeyd edilib ki, kəşfiyyat və hasilat sahəsində fəaliyyət göstərən şirkətlər ilkin qiymətləndirmə seçiminə dəvət olunur.
Bu seçimdən keçən şirkətlərin siyahısı dekabrın 7-də NIOC-un saytında yayımlanacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-xarici-neft-qaz-sirketlerini-emekdasliga-devet-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR