Məşhur idmançının qızı güllələndi - FOTO

Məşhur idmançının qızı güllələndi - FOTO
11:22 17 Oktyabr 2016
116 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur idmançılarından biri, amerikalı sprinter Tayson Qeyin 15 yaşlı qızı aldığı güllə yaralarından keçinib. Triniti Qey ABŞ-ın Kentukki ştatındakı Leksinqton şəhərində, "Cook Out" roestoranında güllə yarası alıb.

Milli.Az The Mirror-a istinadən bildirir ki, 15 yaşlı Triniti restoranda masa arxasında oturub nahar edirdi. Bu zaman restoranın qarşısında iki avtomobildə olan şəxslər arasında atışma başlanıb. Güllələrdən biri Trinitiyə dəyib.

Triniti 34 yaşlı Tayson Qeyin yeganə qızı idi.

Tayson Qey karyerası ərzində dünya çempionatlarında 3 qızıl və bir gümüş medal qazanıb. Onun 100 metr məsafəyə qaçışdakı rekordu 9,69 saniyədir ki, bu da Useyn Boltun nəticəsindən (9,58 saniyə) sonra ikinci nəticədir.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR