Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 3 nazirlik yoxlamalara başlayır

Azərbaycanda 3 nazirlik yoxlamalara başlayır

Date: 17 October 2016 11:27

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. DBNX-dən "Report"a verilən məlumata görə, oktyabrın 24-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.
Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.
Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.
DBNX bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə, ölkədə epizootik vəziyyət sabitdir: "Bu sabitliyi qoruyub saxlamaq üçün Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir".

Tags:  Azərbaycanda nazirlik yoxlamalara başlayır

RƏYLƏR


Top news