ABŞ Azərbaycanın qonşuluğunda hərbi baza hazırlığına başladı

ABŞ Azərbaycanın qonşuluğunda hərbi baza hazırlığına başladı
11:47 17 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon Gürcüstan ərazisində hərbi iştirakını genişləndirməyi planlaşdırır və bu məqsədlə tender elan edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, müvafiq tender elanı Gürcüstan hökumətinin dövlət satınalmaları üzrə saytında bu ölkə ərazisində ABŞ Müdafiə Nazirliyinin maraqları çərçivəsində infrastrukturun tikintisinə dair  yerləşdirilmiş elanda deyilir.

Məlumata görə ABŞ ordusunun mühəndis korpusu Gürcüstan ərazisində və "Cənubi Qafqazın digər yaxın regionlarında" Pentaqonun maraqları çərçivəsində infrastrukturun yaradılması üçün fərdi podratçıların cəlb edilməsi üçün biznes-planının hazırlanmasını sifariş verib. Sifarişdə qeyd olunur ki, göstərilən ərazilərdə inzibati bina və infrastruktur, o cümlədən təlim mərkəzləri, təyyarələr üçün anqarlar, yanğınsöndürmə stansiyaları, ofislər, laboratoriyalar, yeməkxanalar, texnikanın saxlanılması üçün bokslar və təmir sexlərinin tikintisi tələb olunur. Lakin elanda Gürcüstandan başqa "Cənubi Qafqazın digər yaxın regionları" dedikdə konkret hansı ərazilərin nəzərdə tutulduğu göstərilmir.

Müvafiq infrastrukturun tikintisi və dizaynı üçün müqaviləni podratçılarla 3 il müddətinə bağlamaq nəzərdə tutulur, zərurət yaransa müddət 5 ilə uzadıla bilər. Müqavilənin məbləği ildə 30 milyon dollardır.

Hazırda Gürcüstan ərazisində ABŞ-ın hərbi obyekti yoxdur. Lakin Gürcüstan Müdafiə Nazirliyi NATO ilə birlikdə bu yaxınlarda yeni təlim mərkəzi istifadəyə verib. Gürcüstan Cənubi Qafqazda  NATO və ABŞ-la ən sıx hərbi tərəfdaşlıq edən ölkədir, alyansın üzvlü üçün lazım olan tələbləri böyük ölçüdə yerinə yetirib.

Gürcüstan ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsi ideyası Pentaqonda hələ 2009-cu ildə mövcud olub. Bu ideyanı o vaxtkı vitse-prezident Dik Çeyni və bir sıra konqresmenlər dəstəkləyirdi. Lakin ABŞ administrasiyası Rusiyanın aqressiv reaksiyasından ehtiyat edərək planı təxirə salıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR