Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistan və Azərbaycan bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır

Pakistan və Azərbaycan bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır

Date: 17 October 2016 12:05

Pakistan və Azərbaycan əməkdaşlığın müxtəlif sahələrində bir neçə anlaşma memorandumu imzalamağa hazırlaşır. Sənədlərin gələn ilin əvvəlində Azərbaycanın yüksək səviyyədə nümayəndə heyətinin Pakistana səfəri zamanı imzalanacağı planlaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistan Baş nazirinin milli tarix və əbədi irsi məsələləri üzrə müşaviri İrfan Siddiqi deyib.

Onun sözlərinə görə, Pakistanın Baş naziri Nəvaz Şərifin bu yaxınlarda Azərbaycana səfəri uğurlu olub və ikitərəfli danışıqlar zamanı tərəflərin əmtəə dövriyyəsinin, investisiyaların həcmini artırmaq və müdafiə sahəsində birgə müəssisələrin yaradılması üzrə öhdəlikləri müzakirə olunub.

Milli.Az


Tags:  Pakistan Azərbaycan neçə anlaşma memorandumu imzalamağa hazırlaşır


RƏYLƏR


Top news